İranda bundan sonra koronavirusdan sağalanların sayı arta bilər

İranda bundan sonra koronavirusdan sağalanların sayı arta bilər

İran rəsmiləri bu dərmanları geniş surətdə bölgələrə dağıtmağı qarşısına məqsəd qoyub

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki,  İranda Ronak əczaçılıq şirkətinin sərəncamçı müdiri Səid Məleki bu gün deyib ki, koronavirus xəstələrinin müalicəsində təsirli dərmanlardan olan Remdisivir dərmanını istehsal mərhələsinə çıxarmağa müvəffəq olub.

"Bu əczaçılıq şirkəti hal-hazırda həmin dərmandan ayda minimum yüz min viyal istehsal etmək gücünə malikdir. Əlbəttə, ölkənin ehtiyacı da bu miqdardan artıq deyildir və ehtiyac olan halda, bu dərmandan daha çox miqdarda istehsal etmək olar.", deyə Səid Məleki bildirib.

Bununla bağlı, İranın səhiyyə nazirinin müavini Rza Məlikzadə deyib: "İran hazırda koronavirus xəstəliyinin müalicəsilə bağlı araşdırmada qabaqcıl ölkələrdəndir və bu xəstəliklə bağlı araşdırmaların on faizi İranda həyata keçirilib".

Qeyd edək ki, İranda bu günə qədər  281413 nəfər koronavirusa yoluxub ki, bunlardan 244840 nəfər sağalıb.

Xəbəri paylaş

VİDEOLAR