İranda bir ərəb dövlətinin casusu və böyük silah yükü ələ keçirilib

İranda bir ərəb dövlətinin casusu və böyük silah yükü ələ keçirilib

İranın Hörmüzqan əyalətində körfəz ərəb dövlətlərindən birinin cəsusu, habelə Sistan-Bəluçistan əyalətində böyük silah yükü aşkarlanaraq ələ keçirilib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabının Keşikçilər Ordusunun İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, İranın Hörmüzqan əyalətinin Ləngə limanında təxribat törədən və milli təhlükəsizliyə zərbə vurmağı planlaşdıran bir cəsus ələ keçirilib.

İddia edilib ki, bu şəxs Fars Körfəzində yerləşən ərəb dövlətlərindən birinin lehinə cəsusluq edirmiş.

Həmçinin qeyd edilir ki, Sistan-Bəluçistan əyalətinin şimalında beynəlxalq müstəvidə silah qaçaqmalçılığı ilə məşğul bir banda da ələ keçirilib.

Xəbəri paylaş

VİDEOLAR