İranda bir günlük matəm elan edildi

İranda bir günlük matəm elan edildi

Fars körfəzi sahilindəki Bəndər-Abbas limanında baş verən partlayışla əlaqədar bütün İranda bir günlük milli matəm elan edilib.

Az.rasthaber.com xəbər verir ki, İran Daxili İşlər Nazirliyinin məlumatına görə, aprelin 28-i, bazar ertəsi Bəndər Abbasda baş verən partlayışla əlaqədar ölkə boyu milli matəm günü elan edilib.

Hadisənin baş verdiyi Hörmüzqan vilayətində 3 günlük matəm elan edilib.

Ölkənin cənubundakı Bəndər Abbas şəhərindəki limanda baş verən güclü partlayış nəticəsində onlarla insan ölüb, ən azı 800 nəfər yaralanıb.

Yanğınsöndürənlər Şəhid Recai Limanında yanğını söndürməyə davam edir. Yanğınlarla havadan və qurudan mübarizə aparılır.

Xəbəri paylaş

VİDEOLAR