İranda 249 min koronavirus xəstəsi sağalıb

İranda 249 min koronavirus xəstəsi sağalıb

İranın səhiyyə nazirliyinin sözçüsü Sima Sadat Lari açıqlayıb

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki,  İranın səhiyyə nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə belə deyib:" Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində ölkədə iki min 489 yeni koronavirus xəstəsi aşkar edilib . 1504 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına isə ambulator xidmət göstərilib".

Lari bildirib ki, İranda koronavirusa yoluxanların ümumi sayı 286 min 523 nəfərə çatıbdır. O, həmçinin ötən sutka ərzində 215 xəstənin vəfat etməsinə işarə edib. Deyib ki, İranda koronavirusdan ölənlərin ümumi sayı 15 289 nəfərə çatıbdır.

İranın səhiyyə nazirliyi sözçüsünün dediyinə görə, indiyədək İranda 249 min 212 nəfər sağalıb və xəstəxanalardan buraxılıb.

Dünyada koronavirusa yoluxanların sayı da azı on beş milyon 654 min 649 nəfərə çatıb. Onlardan təqribən 636 min 479 nəfər həyatını itirib, 9 milyon 535 min 641 nəfər də sağalıb.

Xəbəri paylaş

VİDEOLAR