İranın Sistan-Bəluçistan əyalətində aparılan bir əməliyyat çərçivəsində 2,170 kq müxtəlif növ narkotik maddə aşkarlanaraq dövriyyədən çıxarılıb.
Rasthaber Azərbaycan İran mediasına istinadən məlumatına əsasən, bu barədə İranın Sistan-Bəluçistan əyalətinin Polis İdarəsinin sədri Əhməd Tahiri deyib.
Bildirilib ki, əyalətin Polis İdarəsi ilə Narkotiklərə qarşı Mübarizə İdarəsinin əməkdaşlığı nəticəsində baş tutan əməliyyatda ölkənin cənub şərqində xüsusilə də İranşəhr və Zahidan şəhərlərində narkotik maddələrin daşınması və satılması ilə bağlı bir təşkilatlanmış banda aşkarlanaraq dağıdılıb. Bandanın altı üzvü ələ keçirilib.
Onların nəzarətində olan obyektlərdən ümumilikdə 2,170 kq müxtəlif növ narkotik maddə aşkarlanaraq dövriyyədən çıxarılıb.