İranda 10 ay ərzində 778 ton narkotik vasitə ələ keçirilib

 İranda 10 ay ərzində 778 ton narkotik vasitə ələ keçirilib

Cari ilin ötən on ayı ərzində İranın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyatlar nəticəsində 778 ton narkotik vasitə müsadirə edilib.

Rasthaber Azərbaycan AzerTac-a istinadla xəbər verir ki, bu barədə İranın beynəlxlq təşkilatlar yanındakı daimi nümayəndəsi Kazım Qəribəbadi bildirib.

O, BMT-nin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə idarəsinə yazdığı məktubda qeyd edib ki, on ay ərzində narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan qruplarla sərhədçilər arasında 1914 silahlı toqquşma baş verib. Bunula yanaşı, 1886 silahlı qruplaşma məhv edilib və onların İrana, buradan isə Avropa ölkələrinə daşımaq istədikləri narkotik maddələr müsadirə olunub.

Xəbəri paylaş

VİDEOLAR