“Ötən ilin yanvar ayından indiyədək İrana 107 sanksiya tətbiq edilib”.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Katibliyinin mətbuat katibi Ned Prays deyib.
O, "əl-Ərəbiyyə" telekanalına açıqlamasında bildirib ki, təmsil etdiyi administrasiya ötən ilin yanvarından indiyədək İrana 107 sanksiya tətbiq edib ki, onların çoxu İslam İnqilabının Keşikçilər Ordusuna aiddir.
“2021-ci ilin yanvarından İrana tətbiq edilən 107 sanksiyanın 86-sı İslam İnqilabının Keşikçilər Ordusuna və ona bağlı olanlara aiddir. Biz öz səlahiyyətlərimizidən istifadə edərək və regiondakı müttəfiqlərimizlə əməkdaşlıq edərək bölgədəki şəriklərimiz və işçilərimizə qarşı potensial təhdidə qarşılıq verməkdəyik”, deyə Ned Prays əlavə edib.