Bloomberg"ABŞ BHFP razılaşması olmadan belə İrana daha çox neft satması üçün yol aça bilər"
"Bloomberg News" ən böyük müstəqil xam neft treyderi olan Vitol Group-a istinadən xəbər verir ki, Birləşmiş Ştatlar çox güman ki, BHFP nüvə sazişi bərpa olunmasa belə İrandan daha çox neftin dünya bazarlarına çıxmasına icazə verəcək.
Bloomberg iddia edir ki, neft treyderləri danışıqlar aparanların (İranla 4+1 ölkələri arasında) razılığa gəlməsinə getdikcə şübhə ilə yanaşırlar. Lakin ABŞ prezidenti Co Bayden qərar verə bilər ki, İrana qarşı neft embarqosunun ləğvi bu gün elə ABŞ-ın öz xeyrinədir və bu addım ABŞ-da neftin qiymətinin aşağı düşməsinə səbəb olacaq. Beləliklə artıq, İran neftini dünya bazarına çıxaran neft tankerlərinin də qarşısı alınmayacaq.