İran zənginləşdirilmiş uranın miqdarını 18 qat artırıb

İran zənginləşdirilmiş uranın miqdarını 18 qat artırıb

“İran zənginləşdirilmiş uranın miqdarını (nüvə sazişinin icazə verdiyi həddən) 18 qat artırıb.”

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabatında məlumat yer alıb.

Məlumata görə, BAEA bu hesabatı gələn həftə 35 üzvü olan şurasında müzakirəyə çıxaracaq.

Hesabatda bildirilib ki, İranda zənginləşdirilmiş uranın miqdarı (nüvə sazişində) icazə verildiyindən 18 qat çoxdur.

Əlavə edilib ki, İran 60 faiz dərəcəsində zənginləşdiriyi uranın miqdarını son zamanlarda 9.9 kq-dan 43 kq-a çatdırıb.

Qeyd edək ki, ABŞ dünya ictimaiyyətinin İranla imzaladağı nüvə sazişindən birtəfəli qaydada çıxandan sona Tehrana qarşı sərt sanksiyalara başlayıb. İran da bu addıma, habelə nüvə təsisatlarına və alimlərinin terrora məruz qalmasına cavab olaraq, uranın zənginləşdirilməsi işini 60 faizə çatdırıb.

Xəbəri paylaş

VİDEOLAR