İran Yəməndə atəşkəs və sülhlə bağlı təşəbbüsə münasibət bildirib

İran Yəməndə atəşkəs və sülhlə bağlı təşəbbüsə münasibət bildirib

İranın Xarici İşlər Nazirliyinin sözçüsü “Yəmən Ali Şurası” sədrinin sülh təşəbbüsünü alqışlayıb.

Az.rasthaber.com SalamNews-a istinadla xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə “Yəmən Ali Şurası”nın sədrinin sülh təşəbbüsünü alqışlayıb.

İran XİN sözçüsü deyib:

“Bu təşəbbüs hazırkı müharibəni bitirmək istiqamətində dialoq üçün yaxşı bir platformanı təmin edə bilər.”

Qeyd edək ki, Ənsarullah hərəkatının Ali Siyasi Şuranın rəhbəri Mehdi Əl-Mşat üç gün müddətinə birtərəfli atəşkəsin başlandığını, əməliyyatların, eləcə də Yəmənə hücum edən Səudiyyə koalisiyasının ərazilərinin hədəfə alınmasının dayandırıldığını elan edib.

Əl-Mşat deyib: “Əgər Səudiyyə Ərəbistanı bütün xarici qüvvələri torpaqlarımızdan çıxarmaqla yanaşı, yerli silahlı qruplara silah verməyi dayandırarsa, mühasirəni durdurarsa və Yəmənə hücumu birdəfəlik dayandırmaq öhdəliyi götürərsə, biz bu bəyannaməni yekun, daimi və qəti öhdəliyə çevirməyə hazırıq.”

Xəbəri paylaş

VİDEOLAR