İran yerli peyk daşıyıcısı "Zülcənah"ı yenidən sınaqdan keçirib.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə İranın Müdafiə Nazirliyi bəyanat verib.
Nazirlik bildirib ki, peyk daşıyıcısı iki mərhələdə qatı yanacaq və 1 mərhələdə maye yanacaqdan istifadə edir.
Məlumata görə, bu üç pilləli peykdaşıyıcı hələlik orbitə qədər məsafə həddində sınaqdan keçirilib.
İran "Zülcənah"ın ilk sınağını ilk dəfə iki il öncə həyata keçirmişdi.