Vyana sazişinin layihəsi hazırlanıb.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu gün keçirdiyi həftəlik mətbuat konfransında deyib.
O bildirib ki, saziş layihəsinin 98 faizini İran və Qərb ölkələri müştərək yazıb.
“Ötən bir neçə gündə Milli Təhlükəsizlik Ali Şurasında və Prezidentlə Vyana müzakirələri mövzusunda bir neçə iclas keçirilib”, - XİN rəsmisi vurğulayıb.
Onun sözlərinə görə, İranın nüvə müzakirələrindəki heyətinin rəhbəri Əli Baqiri bu gün Vyanaya gedib, müzakirələri davam etdirəcək.
Səid Xətibzadə qeyd edib ki, ABŞ 3 əsas məsələ ilə bağlı hələ də siyasi qərar qəbul etməyib.