İran XİN sözcüsü Suriya XİN rəhbərilə görüşüb

İran XİN sözcüsü Suriya XİN rəhbərilə görüşüb

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Dəməşqdə Suriyanın xarici işlər naziri Feysəl ƏL-Miqdad və informasiya naziri İmad Sare ilə görüşüb

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər  verir, İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi  Səid Xətibzadə bu görüşdə Suriyanın xarici işlər naziri iqtisadi sanksiyaların təsirlərinə toxunaraq, regionun sülh və təhlükəsizliyini hədələyən ümumi çağırışları həll etmək üçün Dəməşq və Tehran arasında birgə səylərin göstərilməsinin vacibliyini vurğulayıb.

Xətibzadə də bu görüşdə, İranın bütün Suriya ərazisində təhlükəsizlik və sabitliyi bərpa edə biləcək bir həll yolu tapmaq üçün Dəməşqə dəstəyini bildirib.

İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi, həmçinin Suriyanın informasiya naziri İmad Sare ilə görüşdə qeyd edib ki, döyüş meydanında hədəflərinə çata bilməyən ölkələr, iqtisadi və informasiya müharibəsinə və həqiqətləri təhrif etməyə üz tutdular ki, bunu zərərsizləşdirmək üçün media məkanında əməkdaşlıq və koordinasiya zəruridir.

Xəbəri paylaş

VİDEOLAR