"Millətlərin hüquqlarını pozan ölkələr İnsan Haqları iddiaçıları ola bilməzlər".
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi BMT-nin İnsan Haqları Şurasinin İran əleyhinə qətnaməsinə cavab olaraq bildirib.
İran XİN sözcüsü Səid Xətibzadə BMT-nin İnsan Haqları Şurasinin 46-cı iclasında bir qrup ölkənin İran əleyhinə təsdiqlədiyi qətnaməyə belə münasibət bildirib: "Bu qətnamə prakəndə və zəif səslərin nəticəsidir və beynəlxalq konsensus və məqbuliyyətdən məhrumdur".
İranın Xarici İşlər Nazirliyi sözçüsünün sözlərinə görə, bu qətnamədə elə bir xüsusi məruzəçinin missiyası uzadılıb ki onun hesabatlarında dərman və tibbi ləvazimatların təmin edilməsində çətinliklər səbəbindən onlarla məsum uşaq və günahsız xəstənin ölümünə heç bir işarə edilməyib və minlərlə İran vətəndaşının "yaşamaq" və "müalicəyə giriş" hüquqlarının qəti şəkildə pozulmasının onun üçün heç bir əhəmiyyəti yoxdur.
"Bu qətnaməni dəstəkləyənlər ilk növbədə ABŞ hökumətinin hərəkətlərni qınamalıdırlar; Hansı ki, onların iqtisadi terrorizmi, birtərəfli və zalımcasına sanksiyalarının sərtləşdirilməsi və onların dağıdıcı təsirləri nəticəsində iranlılar koronavirusla mübarizə dönəmində dərman və tibbi təchizatlar kimi əsas ehtiyaclarını təmin edə bilmirdilər", -deyə İran XİN sözcüsü əlavə edib.