İran xarici işlәr naziri Mәhәmmәd Cavaz Zәrif Qәtәrin Fars körfәzindәki ölkәlәrә İranla dialoq aparmaları ilә bağlı etdiyi çağırışı mәmnuniyyәtlә qarşılayıb
Rasthaber Azərbaycan xəbər verir ki, İran XİN başçısı Cavad Zәrif rәsmi ‘‘Twitter’’ sәhifәsindә etdiyi paylaşımda Qәtәr xarici işlәr naziri Mәhәmmәd bin Abdurrәhman Әl Saninin Fars körfәzindәki әrәb ölkәlәrinә İranla dialoq aparmaları ilә bağlı etdiyi çağırışı qiymәtlәndirib.
‘‘İran qardaşım Әl Saninin bölgәmizlә bağlı әhatәli dialoq çağırışını mәmnuniyyәtlә qarşılayır. Hәr zaman vurğuladığımız kimi güclü, dinc, sabit vә firavan bölgәni birlikdә inşa etmәk üçün birgә işlәmәliyik’’,-deyә Mәhәmmәd Cavad Zәrif vurğulayıb.