İran XİN: İsrailin hər cür ağılsız addımlarına sərt, dağıdıcı cavab verəcəyik

İran XİN: İsrailin hər cür ağılsız addımlarına sərt, dağıdıcı cavab verəcəyik

"İran İslam Respublikası sionist rejimin İranın Suriya və regiondakı maraqlarına qarşı hər cür ağılsız hərəkəti və təcavüzünə cavabı dağıdıcı, peşmanedici olacaq."

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, bu sözləri İran XİN-in sözcüsü Abbas Musəvi deyib.

İran XİN sözcüsü sionist rejimin məsul şəxslərindən birinin iddiaları və təhdidlərinə cavab olaraq deyib: "Bu rejimin əsası və mahiyyəti ötən 70 ildə Fələstinin və qonşu ölkələrin işğalına, qırğına, əmlakın qarətinə, terrora və təcavüzə söykənib".

"İran İslam Respublikasının Suriyada iştirakı bu ölkə hökumətinin dəvəti və həmin hökumətlə razılıq əsasında, eləcə də ABŞ və sionist rejimin himayə etdikləri terrorizmlə mübarizə məqsədilə həyata keçirilib və İran Suriyadakı iştirakı qorumaq, həmçinin özünün milli təhlükəsizliyi,  regional maraqlarını müdaifə etmək sahəsində bir an belə ləngiməyəcək,  güzəştə də getməyəcəkdir.", -deyə Musəvi əlavə edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü daha sonra deyib: "İran İslam Respublikası Qüdsü işğal etmiş rejimin təhdidləri və militarist ifadələrini beynəlxalq təşkilatlarda izləyəcəkdir."

Sionist rejimin müdafiə naziri Naftali Bennet bildirib ki,  Təl-Əviv ardıcıl şəkildə çalışır ki, İranı zəiflətməklə onu Suriyadan çıxmağa məcbur etmiş olsun.

Xəbəri paylaş

VİDEOLAR