İranın 14-cü hökuməti Fələstinin prinsip və ideallarını müdafiə etmək üçün möhkəm əhdə sadiq qalacaq və “Doğru vəd 1 və 2” əməliyyatı istənilən təcavüzkar hərəkətin İranın cavabı ilə qarşılanacağı barədə İranın iradəsini göstərdi.
Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Seyid Abbas Əraqçi bəyan edib.
“Şübhəsiz ki, Ali Məqamlı Rəhbər( Ayətullah Xamenein)in dediyi kimi, bu əməliyyat sionist rejim üçün ağır məğlubiyyət təcrübəsini daddırmışdır”, – deyə o qeyd edib.
O bildirib ki, “sionist rejimlə mübarizə tarixində ilk dəfə olaraq islami müqavimətin iqtidarını döyüş meydanlarında göstərə bildi”.
Əraqçi bəyan edib: 14-cü hökumət Fələstinin prinsip və ideallarını müdafiə etmək üçün möhkəm əhdə sadiq qalacaq. “Doğru vəd 1 və 2” əməliyyatı istənilən təcavüzkar hərəkətin İranın cavabı ilə qarşılanacağı barədə İranın iradəsini göstərdi.
“Mənim Suriya və Livana səfərimin mesajı budur ki, İran bütün gücü ilə müqaviməti dəstəkləyib, dəstəkləyir və dəstəkləyəcək”, – deyə o əlavə edib.
“Biz sionist rejimə İranın iradəsini sınamamağı tövsiyə edirik. İrana qarşı istənilən hücuma daha güclü cavab veriləcək”, – deyə o bildirib.
“Biz nə tərəddüd edirik, nə də cavab verməyə tələsirik. İranın infrastrukturuna istənilən hücuma sərt cavab veriləcək”, – deyə Əraqçi vurğulayıb.