İran XİN: Azərbaycandakı yeni səfirimizin təqdimatı inzibati mərhələdədir

İran XİN: Azərbaycandakı yeni səfirimizin təqdimatı inzibati mərhələdədir

İranın Azərbaycandakı səfirinin təqdimatı inzibati mərhələdədir.

Az.rasthaber.com "Report"a istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqai deyib.

Onun sözlərinə görə, səfir vəzifəsinə namizəd olan şəxs bu sahədə mütəxəssis olan diplomatdır və inzibati proses başa çatdıqdan sonra onun adı açıqlanacaq.

"Bizim Mərkəzi Asiya və Qafqaz ölkələri ilə əlaqələrimiz yaxşıdır. Azərbaycanın timsalında səfirin təyin edilməsi ilə bağlı inzibati proses başa çatıb. Rəsmi prosedurlara uyğun olaraq iş yekunlaşıb", - sözçü əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR