İran Xarici İşlər Nazirliyinin sözçüsündən koronavirus mesajı

İran Xarici İşlər Nazirliyinin sözçüsündən koronavirus mesajı

Seyid Abbas Musəvi tvitter-də bu haqda qeyd edib

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü cümə axşamı günü gecə dünya ictimaiyyətə müraciət edərək koronavirusla mübarizə üçün Çin hökuməti ilə həmkarlıq etməsini istəyib.

Seyid Abbas Musəvi tvitter-də koronavirusun beynəlxalq bir faciə olduğunu və onun kökünün kəsilməsi üçün bütün dünyanın Çinin hökuməti və xalqı ilə həmkarlıq etməli olduğunu bildirib.

"Əminəm ki, çinlilər güclü idarəçilik, məsuliyyət hissi və ciddi-cəhdlə bu çətin mərhələdən keçəcəklər."-deyə o qeyd edib.

Qeyd edək ki, alimlər Çində yayılan yeni koronavirusun genetik analizini aparıblar, onlar ehtimal edirlər ki, xəstəliyin mənbəyi Uhan şəhərinin bazarında satılan ilan əti olub.

.

Xəbəri paylaş

VİDEOLAR