İranın Xarici İşlər Nazirliyi bəyanat yayaraq dünən Qəzza zolağında atəşkəs razılaşması ilə bağlı elan edilən xəbərə münasibət bildirib.
Az.rasthaber.com xəbər verir ki, bəyanatın mətni belədir:
Bismillahir-Rəhmanir-Rəhim
فَاصْبِرْ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ وَلَا یَسْتَخِفَّنَّکَ الَّذِینَ لَا یُوقِنُونَ
“Sən səbr et. Şübhəsiz ki, Allahın vədi haqdır. Qoy qəti inanmayanlar səni etinasızlığa sövq etməsinlər.”
İran İslam Respublikasının Xarici İşlər Nazirliyi tarixin ən böyük soyqırımlarından və əhali köçkünlərindən birinə qarşı Fələstin və Qəzzanın böyük xalqının müqaviməti, cəsarəti, şücaəti və bənzəri olmayan dözümünün məhsulu olan Qəzza zolağında atəşkəs razılaşmasının əldə edilməsini və fələstinlilərin məcburi köçünə qarşı şərəfli duruş ilə Qəzza xalqının rəğbət və empatiyanın nəticəsini Fələstin xalqının tarixi qələbəsi kimi Fələstinin dözümlü xalqını, onun müqavimətini, bölgədə və dünyada müqavimətin bütün dəstəkçilərini və aşiqlərini təbrik edir.
İsrailin işğalçı və soyqırımçı rejimi 15 aydan artıq fundamental beynəlxalq prinsip və qaydaları, insan haqlarını və humanitar hüquqlarını kobud, sistemli və geniş şəkildə pozmaqla, ən ağır hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törətməklə –80 il bundan əvvəl müstəmləkəçi güclərin dəstəyi və ya susması ilə başladığı– Fələstin xalqının “müstəmləkə məhvi”ni görünməmiş qəddarlıqla davam etdi, bütün hüquqi və etik qırmızı xətləri keçməklə, tarixdə yeni qəddarlıq səviyyəsini yazdı; insanların, xüsusən də qadınların və uşaqların dəlicəsinə öldürülməsi, evlərin və həyati vacib infrastrukturun dağıdılması, xəstəxanaların və məktəblərin viran edilməsi, qaçqın düşərgələrinə və çadırlara hücum, jurnalistləri, həkimləri və tibb bacılarını hədəf almaq son 15 ayda Fələstini məhv etmək və müqavimət ruhunu qırmaq kimi iki məqsədlə törədilən cinayətlərin təkrarlanan nümunəsi idi.
Qəzzada soyqırımın dayandırılması ilə paralel olaraq, beynəlxalq ictimaiyyət İordan çayının qərb sahilində beynəlxalq hüququn, humanitar və insan haqlarının kobud şəkildə pozulmasına və işğalçı rejimin Əl-Əqsa məscidinə qarşı davamlı təcavüzünə əlavə diqqət və həssaslıqla diqqət yetirməlidir, işğal olunmuş Fələstinin hər yerində sionist rejimin vəhşilikləri ilə ciddi və effektiv mübarizə aparmaqla yanaşı, Beynəlxalq Cinayət Məhkəməsinin baxışında ən ağır beynəlxalq cinayətləri törətmiş İsrail rejiminin cinayətkar başçılarının həbsi, mühakiməsi və cəzalandırılması üçün hazırlıq görməlidir.