5.08.2023 10:10:38
İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian avqustun 6-da Yaponiyaya səfər edəcək.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Yaponiya mediası məlumat yayıb.
Məlumata əsasən, İran XİN başçısı səfər çərçivəsində yaponiyalı həmkarı, eləcə də Baş nazirlə görüşəcək.
Qeyd olunub ki, görüşlərdə rəsmi Tokio İranın Rusiyaya silah tədarükünün dayandırması ilə bağlı müzakirələr aparacaq.