İran: Xarici qüvvələr Suriyanı tərk etməlidir

İran: Xarici qüvvələr Suriyanı tərk etməlidir

İranın Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Vahid Cəlalzadənin başçılığı ilə İran İslam Respublikasının parlament nümayəndə heyəti Suriya tərəfi ilə birgə məsləhətləşmələr aparmaq üçün Dəməşqə gedib.

Az.rasthaber.com xəbər verir ki, İran parlamentinin nümayəndə heyətini Dəməşq hava limanında Suriya Parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sədri Faiz Əhməd və Xalq Məclisinin üzvü, Assambleyada Suriya-İran Dostluq Komitəsinin sədr müavini Hayfa Cümə qarşılayıblar.

Bundan əlavə, İran parlamentinin nümayəndə heyəti Dəməşqə səfəri zamanı fələstinli qruplarla görüşüb və məsləhətləşib.

İran İslam Respublikasının Suriyadakı səfiri Hüseyn Əkbəri çərşənbə axşamı Dəməşqdə fələstinli qruplarla görüşündə Fələstin məsələsini İslam dünyasının əsas məsələsi kimi dəyərləndirib və fələstinlilərin hüquq və azadlıqlarının dəstəklənməli olduğunu vurğulayıb.

Vahid Cəlalzadə bu səfərin davamında İran və Suriya arasında dərin və strateji əlaqələrə toxunaraq deyib: Bu əlaqələrin möhkəmlənməsi və inkişafı iki ölkə xalqlarının və region xalqlarının mənafelərinin təmin edilməsində rol oynayır. .

İran İslam Respublikasının Milli Təhlükəsizlik Komissiyasının sədri Düşmənlərin planlarını alt-üst etmək üçün mübarizə aparan hərəm müdafiəçiləri döyüşçülərin şücaətini yüksək qiymətləndirib və müqavimət cəbhəsi şəhidlərini, xüsusilə də şəhid Hacı Qasım Süleymaninin xatirəsini ehtiramla yad ediblər. 

Xəbərə görə, İslam Şurasının Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Vahid Cəlalzadə jurnalistlərin iştirakı ilə Suriya parlamentinin sədri ilə görüşdən sonra İran prezidentinin Suriyaya son səfəri və İrana səfərinə və müxtəlif iqtisadi sahələrdə əməkdaşlıq haqqında 15 sənədin imzalanmasına toxunaraq deyib:

“Biz iki ölkənin parlamentlərində bu sazişlərin icrasını izləyirik.

Suriya parlamentindəki həmkarlarımla bölgədəki son hadisələri nəzərdən keçirməklə yanaşı, xüsusilə iqtisadi sahədə ikitərəfli əməkdaşlığa maneələri aradan qaldıracaq həll yollarını müzakirə etdik."

O, Suriya ərazilərinin davam edən işğalını tənqid edərək əlavə edib: “Biz Suriyada istər türk, istərsə də Amerika qüvvələri olsun, əcnəbilərin olmasını qəbul etmirik”.

Xəbəri paylaş

VİDEOLAR