İran və Suriyanın XİN başçılarının görüşü olub

İran və Suriyanın XİN başçılarının görüşü olub

İrana səfər edən Suriyanın xarici işlər naziri Feysəl Miqdadı Tehranda İranın xarici işlər naziri Əmir Abdullahiyan qarşılayıb.

Suriyanın xarici işlər naziri dünən axşam saatlarında, regional və beynəlxalq arenada baş verən son hadisələri, həmçinin iki ölkə arasındakı ikitərəfli münasibətləri müzakirə etmək üçün paytaxt Tehrana gəlib.

Az.rasthaber.com "Mehr"ə istinadən xəbər verir ki, Suriyanın xarici işlər naziri Feysəl Miqdad rəsmi səfərdə olduğu Tehranda İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə görüşüb.

Feysəl Miqdadın Tehrana səfəri çərçivəsində prezident İbrahim Rəisi ilə görüşü gözlənilir.

Xəbəri paylaş

VİDEOLAR