İran və Suriya prezidentləri Fələstin məsələsini müzakirə ediblər

İran və Suriya prezidentləri Fələstin məsələsini müzakirə ediblər

Suriya prezidenti Bəşər Əsəd və İran prezidenti İbrahim Rəisi dünən axşam telefon danışığında işğal olunmuş Fələstin ərazilərindəki vəziyyətlə bağlı baş verənləri dəyərləndiriblər.

Az.rasthaber.com xəbər verir ki, iki ölkənin prezidentləri sionist rejimin cinayətləri və qətlləri ilə mübarizədə Fələstin xalqının yanında olacaqlarını vurğulayaraq, Fələstin xalqının öz ədalətli işini müdafiə etmək və qəsb edilmiş haqlarını bərpa etmək üçün qanuni hüquqlarını vurğulayıblar.

Əsəd bildirib ki, sionist rejimin siyasətləri qan tökülməsinə səbəb olub və ərəb və islam dünyası Fələstin xalqının, xüsusilə də Qəzza zolağının müdafiəsi, sionist rejimin uşaq və qadınları hədəf alan hücumlarının dayandırılması üçün sürətli hərəkətə keçməlidir.

Xəbəri paylaş

VİDEOLAR