İran və Suriya arasında təhlükəsizlik görüşməsi

İran və Suriya arasında təhlükəsizlik görüşməsi

İranın daxili işlər nazirinin müavini Məcid Mirəhmədi Suriyanın daxili işlər naziri Məhəmməd Əl Rəhmun ilə görüşüb.

Az.rasthaber.com xəbər verir ki, Dəməşqə səfər edən İran daxili işlər nazirinin müavini Məcid Mirəhmədi Suriyanın daxili işlər naziri Məhəmməd Əl Rəhmun ilə görüşüb.

Görüş zamanı tərəflər İran və Suriya arasında ikitərəfli əlaqələr, xüsusilə də təhlükəsizlik sahəsindəki əlaqələri nəzərdən keçiriblər.

İranın daxili işlər nazirinin müavini Məcid Mirəhmədi Dəməşq və Tehran arasında strateji əlaqələri dərinləşdirərək, İslam İnqilabının Rəhbəri və İran xalqının müxtəlif sahələrdə Suriyanın yanında olduğunu vurğulayıb.

Suriyanın daxili işlər naziri iki ölkə arasında xüsusilə terrorizm və kibercinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığın davam etdirilməsini, təlim və təcrübə mübadiləsini də vurğulayıb.

Əl Rəhmun İslam İnqilabının Rəhbərinə və İran xalqına terrorla mübarizədə Suriyaya verdiyi dəstəyə görə təşəkkür edib.

Xəbəri paylaş

VİDEOLAR