İran və Səudiyyə Ərəbistanı rəsmiləri Qahirədə görüşüblər

İran və Səudiyyə Ərəbistanı rəsmiləri Qahirədə görüşüblər

Səudiyyə Ərəbistanının Qahirədəki səfiri Usamə bin Əhməd Nəkli Misirdə İranın maraqlarının müdafiəsi ofisinin rəhbəri Məhəmməd Hüseyn Sultani Ferd ilə görüşüb.

Az.rasthaber.com xəbər verir ki, görüş zamanı ikitərəfli münasibətlər və regionda baş verən son hadisələr müzakirə olunub.

2021-ci ildə İraq və Omanın ev sahibliyi ilə danışıqlara başlayan Ər-Riyad və Tehran martın 10-da Pekində Çin rəsmiləri vasitəsilə 7 ildən sonra iki ay ərzində diplomatik əlaqələrin bərpası barədə razılığa gəliblər.

Xəbəri paylaş

VİDEOLAR