İran və Rusiya SWIFT sisteminə bənzər sistem yaradacaq

İran və Rusiya SWIFT sisteminə bənzər sistem yaradacaq

Yaxın gələcəkdə İran və Rusiya SWIFT sisteminə bənzər sistem yaradacaq.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın İrandakı ticarət nümayəndəsi Rüstəm Jikanşin deyib.

O bildirib ki, iki ölkə arasında yekun razılıq əldə olunacağı təqdirdə yaxın iki-üç ay ərzində İran və Rusiya arasında SWIFT-ə bənzər maliyyə mübadilə sistemi işə düşəcək.

Xəbəri paylaş

VİDEOLAR