İran və Qətər xarici valyuta əməliyyatlarına başlamaq üçün razılığa gəlib

İran və Qətər xarici valyuta əməliyyatlarına başlamaq üçün razılığa gəlib

İran Qətərlə xarici valyuta resurslarından istifadə üçün əməliyyatlara başlamaq barədə razılığa gəlib.

Az.rasthaber.com xəbər verir ki, İran Mərkəzi Bankı ABŞ ilə məhbus mübadiləsi çərçivəsində sərbəst buraxılan təxminən 5,6 milyard avroluq valyuta ehtiyatlarından istifadə etmək üçün Qətərlə bank əməliyyatlarına başlamaq üçün razılığa gəlindiyini açıqlayıb.

İranın rəsmi xəbər agentliyi İRNA-nın yazdığına görə, Qətərə səfər edən İran Mərkəzi Bankının sədri Məhəmməd Rza Fərzin qətərli həmkarı Bəndər ibn Məhəmməd əl-Sani ilə görüşüb.

İki ölkə arasında bank əlaqələrinin müzakirə edildiyi görüşdə ABŞ-la əsir mübadiləsi çərçivəsində azad edilən və banklara təhvil verilən İranın valyuta ehtiyatlarının istifadəsi üçün lazımi prosedurların başlanmasına dair razılıq əldə olunub.

Xatırladaq ki, 2023-cü ilin 10 avqustunda ABŞ və İran Amerikada həbs edilən 5 İran vətəndaşının və İranda saxlanılan 5 ABŞ vətəndaşının dəyişdirilməsi və İranın Cənubi Koreyada bloklanan təxminən 6 milyard dollarlıq neft gəlirinə çıxışı barədə razılığa gəliblər. Razılaşma çərçivəsində sentyabrın 18-də təxminən 5,6 milyard avro Qətər banklarındakı İrana aid 6 hesaba köçürüldükdən sonra sözügedən məhbuslar sərbəst buraxılıblar.

Xatırladaq ki, ABŞ administrasiyası maddi resursların Qətər hökuməti tərəfindən idarə olunacağını və İranın yalnız dərman və qida kimi humanitar yardımları ödəmək üçün pul əldə biləcəyini açıqlayıb.

Xəbəri paylaş

VİDEOLAR