İran və Qətər dövlət başçıları nüvə danışıqlarının vəziyyətini müzakirə edib

İran və Qətər dövlət başçıları nüvə danışıqlarının vəziyyətini müzakirə edib

Qətərin əmiri Təmim bin Həmd Ali-Sani ilə İranın prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.

Az.rasthaber.com Mehr-ə istinadən xəbər verir ki, iki dövlət başçıları baş tutan telefon danışığında Dohada keçirilən nüvə danışıqlarının vəziyyətini müzakirə ediblər.

İranın prezidenti nüvə danışıqlarının vəziyyətindən danışarkən sazişin bərpası üçün sanksiyaların ləğv edilməsi və əsassız iddiaların dayandırılmasının şərt olduğunu deyib.

İbrahim Rəisi bu telefon danışığında sanksiyaların götürülməsi ilə bağlı zəmanətin verilməsini istəyib.

Qeyd edək ki, nüvə sazişinin bərpası ilə bağlı danışıqlar Vyanadan Dohaya köçürülüb. Son günlərdə Avropanın vasitəçiliyi ilə İranla ABŞ arasında aparılan nüvə danışıqları Vaşinqtonu qane etməyib. Lakin İran tərəfi bu danışıqları müsbət qiymətləndirib.

Xəbəri paylaş

VİDEOLAR