İran və Pakistan səfirləri bu gündən vəzifələrinə başlayırlar

İran və Pakistan səfirləri bu gündən vəzifələrinə başlayırlar

Bildirilib ki, İran və Pakistan səfirləri bu gündən etibarən öz vəzifələrinə davam edəcəklər.

Az.rasthaber.com xəbər verir ki, İran və Pakistanın xarici işlər nazirləri arasında əldə olunan razılaşmadan sonra iki ölkənin səfirləri bu gündən etibarən öz vəzifələrinin icrasına başlayacaqlar.

İranın “Ceyşul-Ədl” terror təşkilatının qərargahına qarşı əməliyyatı və Pakistanın İran sərhədindəki bir nöqtəyə edilən bu hücuma reaksiyasından sonra iki ölkə arasında gərginlik yaşanıb.

Bu hadisələrdən sonra Əmir Abdullahiyan ilə pakistanlı həmkarı Cəlil Abbas Cilani arasında iki telefon danışığı olub.

Məlumat verilib ki, görüş zamanı Cəlil Abbas Cilani və Hüseyn Əmir Abdullahiyan terrorizmlə mübarizə və digər ümumi iş sahələrində əməkdaşlıq və koordinasiya səviyyəsinin gücləndirilməsini vurğulayıblar.

İran və Pakistan Xarici İşlər nazirlikləri yanvarın 22-də birgə bəyanat yayıb. Bəyanatda bildirilib ki, Əmir Abdullahiyan ilə pakistanlı həmkarı arasında telefon danışığından sonra səfirlərin yanvarın 26-dək paytaxtlara qayıtması qərara alınıb.

Bundan əlavə, Pakistanın xarici işlər naziri Cəlil Abbas Cilanın dəvəti ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın ən geci yanvarın 29-u bazar ertəsi Pakistana səfəri barədə razılığın əldə edildiyi bildirilib.

Xəbəri paylaş

VİDEOLAR