İran və Pakistan prezidentləri Qəzzada baş verən son hadisələri müzakirə ediblər

İran və Pakistan prezidentləri Qəzzada baş verən son hadisələri müzakirə ediblər

İran prezidenti Seyid İbrahim Rəisi Pakistan prezidenti Arif Əlvi ilə telefonla danışıb.

Az.rasthaber.com xəbər verir ki, İran prezidenti Seyid İbrahim Rəisi ilə Pakistan prezidenti Arif Əlvi arasında telefon danışığı olub.

Görüş zamanı ikitərəfli münasibətlər, eləcə də Qəzzada baş verən son hadisələr müzakirə edilib.

Rəisi sionist rejimin Qəzza xalqına qarşı soyqırımının davam etdiyinə və beynəlxalq təşkilatların bu cinayətlərin qarşısını ala bilmədiklərinə işarə edərək, islam ölkələrinin İsrailin cinayət maşınının qarşısını almaq üçün koordinasiyalı şəkildə təzyiq göstərməli olduqlarını vurğulayıb.

Pakistan hökumətinin sərhəd təhlükəsizliyini artırması lazım olduğunu bildirən Rəisi, iki ölkə arasında xüsusilə enerji sahəsində əlaqələrin yaxşılaşdırılmasını arzulayıb.

Pakistan prezidenti Əlvi görüşdə İranın Sistan və Bəlucistan əyalətində törədilən terror aktına da toxunub və şəhidlər üçün İran xalqı və hökumətinə başsağlığı verib.

Arif Alvi deyib: "İslamabad hökuməti ümumi sərhədlərin təhlükəsizliyinin artırılması və bölgədə terrorçu qrupların fəaliyyətinin qarşısının alınması üçün əlindən gələni edəcək".

Xəbəri paylaş

VİDEOLAR