İran və Pakistan arasında razılaşma

İran və Pakistan arasında razılaşma

İran və Pakistan dövlət başçıları birgə işçi qrupunun iqtisadi və ticarət əməkdaşlığının genişləndirilməsi, eləcə də iki ölkə arasında qaz kəmərinin qarşısında duran problemlərin həlli sahələrini araşdırmağa dair razılaşıblar.

Az.rasthaber.com xəbər verir ki, doktor Məsud Pezeşkiyan Nyu-York səfərinin son günündə proqramlarının davamında çərşənbə günü günortadan əvvəl Pakistanın Baş naziri cənab Şahbaz Şərif ilə görüşdə İran İslam Respublikasının din qardaşları və əziz qonşuları ilə görüşməkdən məmnunluğunu ifadə edərək, ölkəmizin mərhum Prezidentinin Pakistana səfərinin bütün razılaşmalarını yekunlaşdırmaq və həyata keçirmək əzmində olduğunu vurğulayıb.

 

Prezident region ölkələri arasında geniş dəmir yolu və avtomobil rabitəsi şəbəkəsinin yaradılması ideyasına toxunaraq deyib: “Bu ideyanın həyata keçirilməsi bütün təhlükəsizlik, siyasi, iqtisadi və kommunikasiya tələblərini özündə birləşdirən kompleks plan tələb edir. Bu plan artımı və tərəqqini sürətləndirə və region xalqlarını bir-birinə yaxınlaşdıra və bütün ölkələrin maraqlarını təmin edə bilər.”

 

Görüşdə Pakistanın Baş naziri Şahbaz Şərif də bəyan edib ki, İranın mərhum Prezidentinin səfəri zamanı iki ölkə arasında çox yaxşı razılaşmalar əldə edildi və sizin layiqli seçilməyiniz ilə bu razılaşmaların həyata keçirilməsini davam etdirə və iki ölkə arasında əlaqələri daha da genişləndirə biləcəyimizə tam əminik. 

Baş naziri Şahbaz Şərif əlavə edib: “İki ölkə əlaqələrini mümkün qədər yaxşılaşdırmaq üçün Zati-aliləri ilə əməkdaşlığa səmimi hazırıq.”

 

O, sionist rejimin Qəzzə və Livanda törətdiyi cinayətlərin artmasına işarə edərək deyib: “Qəzzə və Livandakı vəziyyət bizim, sizin və bütün dünya xalqlarının dərin və ortaq narahatlığıdır.”

Xəbəri paylaş

VİDEOLAR