İran və Omanın xarici işlər nazirləri Fələstindəki son hadisələri müzakirə ediblər

İran və Omanın xarici işlər nazirləri Fələstindəki son hadisələri müzakirə ediblər

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və Omanın xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi Fələstindəki son hadisələri müzakirə ediblər.

Az.rasthaber.com xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə Omanın xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi arasında telefon danışığı olub.

Fələstindəki son hadisələrin müzakirə edildiyi görüşdə tərəflər Fələstin xalqına, xüsusilə də qadın və uşaqlara qarşı qırğınların bir an əvvəl dayandırılmasının vacibliyini vurğulayıblar.

Görüşdə Qəzza zolağındakı blokadanın tezliklə aradan qaldırılmasının və yanacaq, ərzaq, dərman və tibbi ləvazimat kimi humanitar yardımların göndərilməsinin vacibliyi vurğulanıb.

İran və Omanın xarici işlər nazirləri Qəzza zolağında yaşayan fələstinlilərin məcburi köçü siyasətinə qəti şəkildə qarşı olduqlarını bildiriblər.

Xəbəri paylaş

VİDEOLAR