İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və İraqın xarici işlər naziri Fuad Hüseyn arasında telefon danışığı olub.
Az.rasthaber.com xəbər verir ki, bu görüşdə ikitərəfli əlaqələr, İrandan İraqa qaz ixracı və regional məsələlər müzakirə edilib.
İraqa zəvvar namizədlərinin maliyyə və bank əməliyyatlarına görə təşəkkür edən nazir Əmir Abdullahiyan iki ölkə arasında bank əməkdaşlığının gücləndirilməsini arzulayıb.