İran və İraq rəsmiləri arasında təhlükəsizlik iclası keçirilib

İran və İraq rəsmiləri arasında təhlükəsizlik iclası keçirilib

İraq mediası Tehran və Bağdad arasında Kərbəla vilayətində təhlükəsizlik toplantısının keçirildiyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Kərbəla vilayətinin polis qərargahında İraqın daxili işlər naziri Əbdül Əmir Əl-Şəmmarinin iştirakı ilə İran və İraq rəsmiləri arasında təhlükəsizlik iclası keçirilib.

Görüşdə Ərbəin ziyarətçiləri ilə bağlı məsələlər müzakirə edilib.

"Ziyarətçilərin təhlükəsizliyini təmin etmək üçün pilotsuz uçuş aparatlarından da istifadə olunacaq”, - deyə İraqın daxili işlər naziri bildirib.

Ötən həftə İran Sərhəd Mühafizəsinin komandanı briqada generalı Əhməd Əli Quderzi ilə İraq Sərhəd Mühafizəsinin komandanı general-leytenant Həmid Abdullah İbrahim arasında sərhəd təhlükəsizliyi müqaviləsi imzalanıb.

Xəbəri paylaş

VİDEOLAR