İran və İraq enerji sahəsində yeni saziş imzalayıb

İran və İraq enerji sahəsində yeni saziş imzalayıb

İran və İraq arasında təbii qaz, xam neft və mazutun mübadilə müqaviləsi imzalanıb.

Az.rasthaber.com xəbər verir ki, İraq Baş nazirliyindən verilən yazılı açıqlamaya görə, bu müqaviləni İraq Baş Nazirlik İdarəsinin direktoru İhsan Əl-Avadi və İranın Bağdad səfiri Məhəmməd Kazım Əl Sadiq imzalayıb.

Mübadilə razılaşması İran və İraqın texniki nümayəndə heyətlərinin iştirakı ilə bir neçə gün davam edən danışıqlardan sonra əldə olunub.

Razılaşma çərçivəsində İran tərəfi xam neft və mazut qarşılığında İraqa qaz göndərəcək.

İraq İrandan ölkə daxilində elektrik stansiyalarına qaz idxal edir.

Qeyd edək ki, keçən may ayında İranın İraqa təbii qaz ixracını sutkada 8 milyon kubmetrdən sutkada 30 milyon kubmetrə çatdırmaq üçün İranla bəzi razılaşmalar əldə edilib.

Xəbəri paylaş

VİDEOLAR