İran və İraq birgə neft layihələrini müzakirə edib

İran və İraq birgə neft layihələrini müzakirə edib

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) 8-ci Beynəlxalq Seminarının ikinci günündə İran və İraqın neft nazirləri neft və qaz sahəsində əməkdaşlıqları müzakirə ediblər.

Az.rasthaber.com xəbər verir ki, İranın neft naziri Cavad Ovci və İraqın neft naziri Hayan Əbdülqani Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) 8-ci Beynəlxalq Seminarının ikinci günündə neft-qaz sahəsində əməkdaşlığı müzakirə ediblər.

Bu görüşdə iki ölkənin neft nazirləri ikitərəfli neft əlaqələrinin və neft, qaz və neft məhsulları sahəsində əməkdaşlığın inkişafını vurğuladılar.

Bu görüşdə müştərək sərmayələr və müştərək neft yataqlarının işlənməsi, İranın texniki və mühəndislik xidmətlərinin İraqa ixracı və birgə layihələrin həyata keçirilməsi də müzakirə olunan digər mövzular olub.

Xəbəri paylaş

VİDEOLAR