İran prezidenti Məsud Pezeşkiyanın İraqa səfəri zamanı iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığı nəzərdə tutan anlaşma memorandumu imzalanacaq.
Az.rasthaber.com xəbər verir ki, İran prezidenti Məsud Pezeşkianın ilk xarici səfəri olaraq İraqa səfər edəcəyi bildirilirdi.
Mövzu ilə bağlı açıqlama verən İranın Bağdaddakı səfiri Məhəmməd Kazım Əl Sadiq Pezeşkianın səfərinin məqsədinin iki ölkə arasında siyasi, mədəni, iqtisadi və təhlükəsizlik əlaqələrini gücləndirmək olduğunu bildirib.
Əl Sadiq deyib:
"Prezident Məsud Pezeşkianın İraqa səfəri zamanı iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığı nəzərdə tutan anlaşma memorandumu imzalanacaq".
Pezeşkianın Bəsrə və Ərbilə, eləcə də İraqın müqəddəs şəhərlərinə səfəri gözlənilir.
2023-cü ilin martında İraq və İran iki ölkə arasında sərhəd təhlükəsizliyini əhatə edən təhlükəsizlik sazişi imzalayıb.