İraq mətbuatının məlumatına görə, sərnişin daşıyacaq Bəsrə-Selemce dəmir yolu layihəsi sabah başlayır.
Az.rasthaber.com xəbər verir ki, İraq hökumətinin sözçüsü Bəsim Əl-Avadi sərnişin daşıyacaq Bəsrə-Selemce dəmir yolu layihəsinin sabah başlayacağını açıqlayıb.
Əl-Avadi deyib:
"Bölgədəki əhəmiyyətli nəqliyyat layihələrindən biri olan Bəsrə-Şələmçə planı, Orta Asiya ölkələrindən gələn sərnişin və ziyarətçilərin İraqa daşınmasına töhfə verəcək".
Bundan əvvəl Bağdad hökumətinə bağlı mənbə bildirmişdi ki, İraqın baş naziri Məhəmməd Şia əl-Sudani gələn şənbə günü (2 sentyabr) İranla dəmir yolu bağlantısı layihəsinə başlamaq üçün Bəsrə şəhərinə səfər edəcək.
Xatırladaq ki, Tehran və Bağdad 2015-ci ildə iki ölkəni birləşdirən 32,5 kilometr uzunluğunda dəmir yolu xəttinin çəkilməsi barədə razılığa gəliblər.