İran və İraq 40 il öncə müharibədə həlak olmuş onlarla hərbçinin cənazələrini təhvil veriblər

İran və İraq 40 il öncə müharibədə həlak olmuş onlarla hərbçinin cənazələrini təhvil veriblər

İraq cari həftədə İrandan üç hərbçisinin cənazəsini, İran isə qarşı tərəfdən 98 hərbçisinin cənazəsini təhvil alıb.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin İnsan Hüquqları İdarəsi məlumat yayıb.

Bildirilib ki, cari həftədə İraqdan İrana 98 hərbçinin cənazəsinin qalıqları Şələmçə sərhəd keçidində təhvil verilib ki, onların yalnız 63-nün kimliyi məlumdur.

Eləcə də İran tərəfi sərhəd bölgəsində qalıqları tapılmış üç iraqlı hərbçinin cəsədini təhvil verib.

Qeyd edək ki, 1980-1988 – ci illərdə baş vermiş müharibədə itkin düşmüşlərdən minlərlə şəxsin taleyi hələ də naməlum qalmaqdadır. İki dövlətin aidiyyatı qurumları müharibənin getdiyi sərhəd bölgələrində itkin düşmüşlərin birgə axtarışını davam etdirirlər.

Xəbəri paylaş

VİDEOLAR