İran və BƏƏ rəsmiləri arasında görüş olub

İran və BƏƏ rəsmiləri arasında görüş olub

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dövlət nazirlərindən Xəlifə Şahin əl-Marar ilə görüşüb.

Az.rasthaber.com xəbər verir ki, görüşdə xarici işlər naziri Əmir Abdullahiyan İranın qonşularla münasibətləri yaxşılaşdırmaq siyasətinə toxunaraq, BƏƏ-ni etibarlı ticarət tərəfdaşı kimi xarakterizə edib.

Əmir Əbullahiyan iki ölkə arasında əlaqələrin həm dövlət, həm də özəl sektor səviyyəsində inkişaf edəcəyini bildirərək, qarşılıqlı əməkdaşlığın inkişafını iki ölkənin və regionun maraqlarına uyğun qiymətləndirib.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dövlət naziri Xəlifə Şahin əl-Marar da ölkəsinin İranla əlaqələrin inkişaf etdirilməsinin tərəfdarı olduğunu vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR