İran və Azərbaycan turizmin inkişaf etdirilməsində maraqlıdır

İran və Azərbaycan turizmin inkişaf etdirilməsində maraqlıdır

Azərbaycan Respublikası və İran İslam Respublikası koronavirusdan və Qarabağ savaşından sonrakı dövrdə iki ölkənin turizm sahəsindəki həmkarlığının perspektivlərini araşdırıblar.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İranın Bakıdakı səfiri Seyyid Abbas Musəvi və Azərbaycan Respublikası dövlət turizm agentliyinin sədri Fuad Nağıyevin görüşündə iki ölkə arasındakı sərhəd keçidlərindən gediş-gəliş prosesi və vizanın asanlaşdırılması, həmçinin bu sahədə infrasturkturların təkmilləşdirilməsi, turizm orqan və nümayəndələri arasındakı anlaşmalar və əməkdaşlığın genişləndirilməsi, bu sahədə təcrübə və informasiya mübadiləsi, eləcə də xəzəryanı ölkələrin turizm əlaqələrinin perspektivi nəzərdən keçirilib.

Azərbaycan Respublikası dövlət turizm agentliyinin sədri bu ölkənin Qarabağdakı ərazilərinin azad edilməsinə işarə ilə həmin bölgədə turizmin inkişaf etdirilməsi fürsətlərindən danışıb.

Nağıyevin sözlərinə görə, Qarabağın Ermənistan tərəfindən otuz ilə yaxın bir müddətdə işğal edilməsi nəticəsində bu bölgənin turizm imkanlarına nəzərəçarpacaq ziyan dəyib. Eləcə də islami irs, həmçinin dini və tarixi yadigarlar da daxil olmaqla turizm imkanları məqsədyönlü surətdə dağıdılıb

Musəvi də İran İslam Respublikasının Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyini himayə etməsinə təkid edərək, bütün regionun inkişafı üçün sülhün qurulmasını vacib hesab edib.

Xəbəri paylaş

VİDEOLAR