İran və Azərbaycan sərhəddə yeni körpünün təməlini qoyublar

İran və Azərbaycan sərhəddə yeni körpünün təməlini qoyublar

“İranla dövlət sərhədində inşa olunacaq Ağbənd avtomobil yolu körpüsünün təməli qoyulub.”

Az.rasthaber.com xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə tvitter səhifəsində yazıb.

O, iki ölkə sərhədində yeni körpünün təməlinin qoyulması haqda bunu yazıb:

“Bu gün Azərbaycanın Şərqi-Zəngəzur iqtisadi rayonu ərazisində İranla dövlət sərhədində inşa olunacaq Ağbənd avtomobil yolu körpüsünün təməli qoyulub. Xeyirli uğurlu olsun!”

Qeyd edək ki, bu mərasimdə İranın yol və şəhərsalma naziri Rüstəm Qasimi və Azərbaycan səfiri Əli Əlizadə videokonfrans vasitəsilə iştirak ediblər.

Xəbəri paylaş

VİDEOLAR