İran: Uşaqları öldürmək İsrailin xüsusiyyətidir

İran: Uşaqları öldürmək İsrailin xüsusiyyətidir

İranın xarici işlər naziri, günahsız fələstinli uşaq Məhəmməd əd-Durrahın şəhadətinin ildönümündə, 2023-cü ilin əvvəlindən 40 fələstinli uşağın aparteid və saxta sionist rejimi tərəfindən şəhid edildiyini və uşaq qətllərinin bu rejimin xüsusiyyəti olduğunu yazıb.

Az.rasthaber.com xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan şəxsi səhifəsində fələstinli uşaq Məhəmməd əd-Durrahın şəhadətinin ildönümünə işarə edib.

O, günahsız fələstinli uşaq Məhəmməd əd-Durrahın şəhadətindən 23 il keçdiyini və 23 ildir ki, fələstinli anaların onun müqavimət hekayəsini hər gecə uşaqlarının qulağına pıçıldadığını yazıb.

O, həmçinin yazıb ki, 2023-cü ilin əvvəlindən 40 fələstinli uşaq aparteid və saxta sionist rejim tərəfindən şəhid olub.

Əmir Abdullahiyan bildirdi ki, uşaq qətlləri bu rejimin xüsusiyyətidir.

Sentyabrın 30-u İsrail əsgərləri tərəfindən güllələnən Məhəmməd əd-Durrah adlı on iki yaşlı fələstinli uşağın şəhadətinin şərəfinə adlandırılan Fələstin Uşaqların Müdafiəsi Gününə təsadüf edir.

Xəbəri paylaş

VİDEOLAR