“Uşaq qatili sionist rejiminin özbaşnalığı cavabsız qalmayacaq”.
Az.rasthaber.com "SalamNews"-ə istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə deyib.
O, Suriyada iki iranlının İsrailinin hava hücumu nəticəsində ölməsinə münasibət bildirərək, bu addımın cavasız qalmayacağını bildirib.
Qeyd edək ki, bundan öncə İranın İslam İnqilabının Keşikçilər Korpusunun İctimaiyyətlə Əlaqələr Şöbəsi iki gün qabaq İsrailin Dəməşqin cənubuna hava zərbələrində iki əməkdaşının öldüyünü bildirib. Sepah İsraildən intiqam alacağını bəyan edib.