Atom enerjisi Agentliyinin rəsmi nümayəndəsi Bəhruz Kamalvəndi deyib
Rasthaber Azərbaycan İran mətbuatına istinadla xəbər verir ki, bunu İslam Respublikasının Atom enerjisi Agentliyinin rəsmi nümayəndəsi Bəhruz Kamalvəndi bəyan edib.
O qeyd edib ki, İran ötən illərlə müqayisədə nüvə fəaliyyəti sahəsində çox böyük inkişafa nail olub.
“Biz IR-2m sentifuqlarını 3 ay müddətində quraşdıracağıq. Biz bu cihazları həm istehsal edirik, həm də eyni zamanda quraşdırırıq. Artıq 20 faiz zənginləşdirilən 17 kiloqram uran istehsal etmişik”, – Kamalvəndi deyib.
Xatırladaq ki, sabiq ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə fəaliyyəti dondurulan nüvə sazişinə əsasən İrana uranı 3,67 faizə qədər zənginləşdirməyə icazə verilmişdi.