İran Ukraynada müharibəyə qarşıdır

İran Ukraynada müharibəyə qarşıdır

İranın xarici işlər naziri Belarusun xarici işlər naziri ilə birgə mətbuat konfransında bildirib ki, İran Ukraynada müharibəyə qarşıdır.

Az.rasthaber.com xəbər verir ki, Hüseyn Əmir-Abdullahiyan Tehranda Vladimir Makey ilə birgə mətbuat konfransında Rusiyanın Ukrayna müharibəsində İran pilotsuzlarından istifadə etməsinə dair iddianı rədd edib və Ukrayna başçılarından, malik olduqları istənilən sənədi elan etmələrini istəyib.

Əmir-Abdullahiyan həmçinin Avropanın son günlər atdığı qeyri-konstruktiv addımları tənqid edib. Bildirib ki, bu gün İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin səkkiz avropalı orqana və on iki avropalı şəxsə qarşı sanksiyaları barədə yeni siyahısı elan olunub.

İranın xarici işlər naziri bildirib ki, bu şəxslər baş vermiş hadisələrdə terror və zorakılığa təşviq və dəstək nümayiş etdiriblər və bu cəhətdən, terrorçu sayılırlar.

Əmir-Abdullahiyan həmçinin Makeylə ikitərəfli iclasın keçirilməsinə işarə edib. Bildirib ki, iki ölkə sürətlə özəl və dövlət razılaşmalarının icrası istiqamətində qərar tapıb.

Belarusun xarici işlər naziri Vladimir Makey də bu mətbuat konfransında ticarət və iqtisadiyyat sahələrindəki həmkarlıqları İran-Belarus danışıqlarının mehvərlərindən adlandırıb və deyib ki, Belarus birtərəfli sanksiyalara qarşıdır, zira ölkələrə qarşı bir iqtisadi terrorizm baş verməkdədir.

Xəbəri paylaş

VİDEOLAR