İran: Ukrayna probleminin səbəbi NATO və ABŞ-ın təhrik etməsidir

İran: Ukrayna probleminin səbəbi NATO və ABŞ-ın təhrik etməsidir

“Ukrayna probleminin səbəbi NATO-nun təhrikidir və ABŞ-ın müdaxilələri də bunun həllinə kömək etmir.”

Az.rasthaber.com "SalamNews"-ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan Tehranda Oman Sultanlığının xarici işlər naziri Bədr bin Həmd əl-Busəidi ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

İranın xarici işlər naziri bildirib ki, Ukrayna probleminin səbəbi NATO-nun təhriki və ABŞ-ın müdaxilələridir.

“NATO bu kimi təhriki ilə regionda və İranın ətrafında da problem yaradır. Onun təyyarələrinin bizim sərhədlərimizin yaxınlığından uçması sabitliyi pozur və narahatçılıq yaradır”, - deyə İran XİN rəhbəri əlavə edib.

Hüseyn Əmir-Abdullahiyan Ukrayna problemi ilə bağlı fikirlərini belə davam etdirib:

“İran bütün tərəfləri problemləri dinc və diplomatik yolla həll etməyə çağırır və Ukrayna məsələsinin həllində müharibəni əlverişli yol bilmir. Həll yolu yalnız danışıqladır.”

Xəbəri paylaş

VİDEOLAR