İran Ukrayna ilə bağlı diplomatik xəritə hazırlamağa hazırdır

İran Ukrayna ilə bağlı diplomatik xəritə hazırlamağa hazırdır

İran Ukraynadakı münaqişənin dinc həllinə gətirib çıxaracaq istənilən diplomatik səyləri dəstəkləyir və sülhün bərpasına töhfə üçün plan hazırlamağa hazırdır.

Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, bu barədə İran prezidenti Seyid İbrahim Rəisi bəyan edib.

"İran İslam Respublikası, onillər ərzindəki NATO eskpansionizmi (genişlənməsi) ilə bağlı təhlükəsizlik təlaşını anlayaraq, bütün ölkələrin ərazi bütövlüyü və milli suverenliklərinin qorunub saxlanılmasının vacibliyini qeyd edir. Biz qəti şəkildə əminik ki, diplomatiya və bütün tərəflərin beynəlxalq öhdəliklərə səmimi riayət etməsi yaranmış vəziyyətdən yeganə möhkəm və ədalətli çıxışdır", - deyə o bildirib.

Rəisinin sözlərin görə, "bütün tərəflər həyatların və vətəndaşların əmlakının mühafizəsinə, həmçinin beynəlxalq və humanitar hüquqa riayət olunmasına ciddi yanaşmalıdır".

"Əvvəlki göstərişlərə əməl edərək, XİN və digər məsul qurumlar Ukraynadakı bütün İran vətəndaşlarının, xüsusilə də bizim tələbələrimizin qorunması üçün istənilən lazımi addımları sürətləndirmək vacibdir", - deyə o qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR