İran üçün ABŞ-da kimin prezident seçilməsinin heç bir önəmi yoxdur

İran üçün ABŞ-da kimin prezident seçilməsinin heç bir önəmi yoxdur

Həsən Ruhani bu haqda danışıb

Rasthaber Azərbaycan "eastnews"a istinadlı verdiyi xəbərə görə, İran Prezidenti Həsən Ruhani Tehranda nazirlərin toplantısında ABŞ-da keçirilən prezident seçkilərinə münasibət bildirib:   "ABŞ-da kimin qalib olması bizim üçün önəmli deyil. Təhdid yerinə hörmət olarsa, şərtlər fərqli ola bilər. Bizim üçün önəmli olan düzgün siyasətdir. Bizim üçün mühüm olan idarəçilik və siyasətdir. Şəxs və partiyaların əhəmiyyəti yoxdur. ABŞ-da kim prezident olursa, olsun sanksiyalar tətbiq etmək əvəzinə, hörmət göstərməsini istəyirik".

  Qeyd edək ki, ABŞ-da Demokratlar partiyasından prezidentliyə namizəd Co Bayden seçkilərdə rəqibi Donald Trampı üstələyib. 

Xəbəri paylaş

VİDEOLAR